Xəbərlər
Ağdam rayonunda Şəhidin ailəsi və məzarı ziyarət edilib

YAP Ağdam rayon təşkilatının rəhbərliyi və fəalları şəhid ailələrinin və qaziləri davamlı olaraq ziyarət edərək onların problem və qayğıları ilə maraqlanaraq həllinə dəstək olurlar. Belə bir humanitar tədbirlər həm şəhid ailələri, həm də qazilər tərəfindən rəğbətlə qarşılanır.
YAP Ağdam rayon təşkilatının əməkdaşları və könüllülər İkinci Qarabağ müharibəsində şəhid olmuş Ramin Yasən oğlu Zeynalovun ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıblar. Sonra şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.