Xəbərlər
Akademik Əhliman Əmiraslanov şəhid ailələri və qazilərlə görüş keçirib

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov YAP Sabirabad rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirib.
Görüş zamanı deputat seçiciləri tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib. Millət vəkili həmçinin Şəhid ailələri və qazilərin sağlamlığında olan problemlərlə maraqlanaraq onların həllinə çalışacağına söz verib.
Seçicilərlə görüşdən sonra YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva özünün lahiyə rəhbəri olduğu Sabirabad şəhidlərinin əziz xatirəsinə həsr olunmuş «Fatehlər» kitabını Əhliman Əmiraslanova hədiyyə edib.