YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən ölkəyik

Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Biz də Bakıda və Şuşada azərbaycanlı qardaşlarımızın sevincinə şərik olduq.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 2021-ci il yeni fəaliyyət dövrünə aid açılış iclasındakı nitqində ifadə edib.

Mövzu ilə bağlı fikirlərini davam etdirən Türkiyə dövlətinin başçısı deyib: “İşğal altındakı torpaqlarını xilas etmək üçün mübarizə aparan bir ölkəyə dəstək göstərən Türkiyəyə qarşı kin bəsləyən tərəfləri əsla unutmayacağıq. Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən ölkəyik”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin oktyabrın 1-də yeni dövr fəaliyyətinə dair açılış iclası keçirilib. İclasın açılışında TBMM-in sədri Mustafa Şentop çıxış edib.