Xəbərlər
Sumqayıtda 115 şəhid fotosu binanın üzərinə proyeksiya olundu
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı tərəfindən Sumqayıtda 115 şəhid fotosu binanın üzərinə proyeksiya olundu.
"27 Sentyabr Anım Günü” ilə bağlı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Sumqayıtın 115 şəhidinin böyük formada olan fotosunun proyeksiyası şəhərin binalardan birinin üzərində əks olunub.
Bina üzərinə proyeksiyası əks olunan fotolarda 2016-cı ilin aprel, 2020-ci ilin iyul və həmin ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək canlarını fəda edən şəhidlər yer alıb.
Xalqımız hər zaman, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edəcək, xatirəsini daim qəlbində yaşadacaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!