YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərlə görüş keçirilib

Sentyabrın 28-də Yeni Azərbaycan Partiyası  Nərimanov rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan rayon gəncləri ilə görüş keçirilib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon  təşkilatının sədri Samir Vəliyev bu il tələbə adını qazanan məzunları təbrik edib və yeni tədris illində onlara uğurlar arzulayıb. Ötən il ölkəmizdə çox önəmli tarixi hadisənin yaşandığını, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməsini geniş şəkildə tələbələrə izah edərək, vətənpərvərlik mövzusunda həssas olmağı gənclərə məsləhət görmüşdür. Torpaqlarımızın azad olunması uğrunda döyüşən və şəhid olanların gənc nəslin nümayəndələri olması, bugünkü Azərbaycan gəncliyindən daha da böyük məsuliyyət tələb edildiyini vurğulamışdır. Onun sözlərinə görə, pandemiyanın cətinliklərinə rəğmən, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə inkişaf və çiçəklənmənin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində mühüm addımlar atılıb.

Görüşdə iştirak edən tələbə adını qazanmış gənclər, onların valideynləri də öz növbəsində Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, partiya rəhbərliyinə təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda gənclərə YAP Nərimanov rayon təşkilatı adından simvolik hədiyyələr təqdim edilib.