YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir

Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi.

Bu barədə Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində danışıb.

Dövlətimizin başçısı deyib: “Biz dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etdik ki, yenə də missiya göndərin. Çünki orada qanunsuz məskunlaşma gedir, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilir, məskunlaşdırılır. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Etmədilər onu. Ona görə bu işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır. Bu, daha düzgün ifadə ola bilər”.

Prezident vurğulayıb ki, biz öz dədə-baba torpağımıza qayıtmışıq, 30 il orada olmamışıq. “Əgər Ermənistan tərəfi deyirsə ki, sərhəd oradan keçir, nə üçün orada heç kim yox idi? Sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik, o dağlara yerləşdik. Bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun, bizimlə bərabər bunu müzakirə edək, bir il çəkər, beş il çəkər, otuz il çəkər, kim bilir. Yenə də qayıdıram bu söhbətə. Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir. O, tezliklə bizim şərtlərimizə əməl edib, onları qəbul edib, bu məsələni həll etməlidir ki, artıq hər kəs bilsin, onun sərhədi harada yerləşir”, - deyə Prezident İlham Əliyev əlavə edib.