Xəbərlər
ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı faciəsi ilə bağlı bəyanat verib
ABŞ Konqresinin Şimali Karolina ştatından olan üzvü Virciniya Foks Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. O, 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfərin qətlə yetirildiyini bildirib. Konqres üzvü Xocalı faciəsi qurbanlarının xatirəsinin anılmasının vacib olduğunu deyib.
Virciniya Foks Azərbaycanın ABŞ-ın dəyərli və etibarlı müttəfiqi olduğunu bəyan edib. O, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-a əhəmiyyətli dəstək verdiyini vurğulayıb. Eyni zamanda, Konqres üzvü bəyanatında Azərbaycanın qısa müddətdə ciddi iqtisadi uğurlar qazandığını qeyd edib.