Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/e0d513816f01aac397aa01f8a56a1003.jpg&w=360)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti medallar qazandıran idmançılarımızı təbrik edib.
Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir: “Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”.