Xəbərlər
Azərbaycan Ordusunda artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilir

Azərbaycan Ordusunda raket və artilleriya birləşmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqelərini tutur və döyüş atışlarını icra edirlər.