Xəbərlər
Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.