Partiya xəbərləri
YAP GB-nin sədr müavini Brüssel şəhərində rəsmi səfərdədir
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Avropa Xalqlar Partiyasının Gənclər Təşkilatının illik Şura iclasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərində rəsmi səfərdədir.
İllik Şura iclasında iqtisadi, siyasi və beynəlxalq əlaqələr sahəsində mövzular, insan hüquqları, təhsil, gənclər siyasəti haqqında, eləcə də Avropa Xalqlar Partiyasının Gənclər Təşkilatına üzv olan təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, növbəti il üçün həyata keçiriləcək layihə və tədbirlər müzakirə ediləcəkdir. Sözü gedən iclasda Belçika hökumətinin nümayəndələrinin, eləcə də Avropada fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəkləri gözlənilir.