Xəbərlər
Milli Məclisinin deputatı Elman Nəsirov seçiciləri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov 68 saylı Cəlilabad kənd seçki dairəsində seçiciləri ilə görüşüb.
Görüş zamanı kənd sakinlərini narahat edən problemlər dinlənilib və müraciətlər qeydə alınıb. Qəbulda əlillik dərəcəsinin alınması, şəhid adının əbədiləşdirilməsi, suvarma və içməli su ilə təminat sahəsində yaranan problemin aradan qaldırılması, bəzi kəndlərdə elektrik dirəklərinin yenilənməsi, fermerlərə subsidiyaların verilməsi, qaz çəkilişinin sürətlənməsi, məşğulluq və digər problemlərin həlli istiqamətində bugünədək görülən və bundan sonra da görüləcək işlərdən bəhs edilib.
Millət vəkili Elman Nəsirov gündəmə gətirilən məsələlərin araşdırılacağını və həlli üçün aidiyyatı qurumlara müraciətlər ünvanlanacağını bildirib.