Xəbərlər
Əli Məsimli: Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə regionlarda istehsal sahələri yaranır, zəruri infrastrukturlar formalaşdırılır
«Üçüncü regional inkişaf proqramının həyata keçirilməsi Azərbaycan regionlarının inkişafında yeni bir mərhələdir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə regionlarda istehsal sahələri yaranır, zəruri infrastrukturlar formalaşdırılır. Onun sözlərinə görə, regionlara yönəldilən vəsait tələbatların ödənilməsinə sərf olunur.
«Regionların inkişafı bütövlükdə əhalinin rifahına müsbət təsir edir. Çünki yeni iş yerləri açılır. İnsanlar işləyir, gəlir əldə edirlər. Bu həm də əhalinin şəhərə axınının qarşısını alır. Bütövlükdə infrastrukturun yenilənməsi də bölgə əhalisi üçün çox əhəmiyyətlidir»- deyə, komitə üzvü qeyd edib.