Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ABŞ və Ukraynaya gedəcəklər
Fevralın 23-dən 27-dək Vaşinqtonda (ABŞ) Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən təhlükəsizlik məsələləri üzrə növbəti seminar, Lvov şəhərində (Ukrayna) “Saber Guardian və Rapid Trident-2015” komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransı keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.