Xəbərlər
Dövlət Sərhəd Xidmətinin rəisi İrana səfər edəcək
Fevralın 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev İran İslam Respublikasına səfər edəcək.
Səfər çərçivəsində E.Quliyev İranın müvafiq dövlət qurumunun rəhbəri ilə görüşəcək. Görüşdə narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı birgə mübarizənin aparılması, iki dövlət arasındakı sərhəd-keçid məntəqələrinin işinin təkmilləşdirilməsi məsələləri, eləcə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.