Xəbərlər
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.