YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Paşinyanın seçilməsi gözlənilən idi

“Ermənistandakı seçki nəticəsi gözlənilən kimi oldu. Nə üçün Paşinyan qalib gəlməli idi sualının cavabı budur ki, Sarkisyan, Köçəryan kimi hərbi canilər, cinayətkarlar erməni xalqı arasında etimadını, etibarını tamamilə itirmiş siyasətçilər hesab olunur”.

Bu barədə “Yeni TV”nin efirində Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkisini şərh edən deputatın sözlərinə görə, erməni xalqı uzun illərin müharibəsindən, gərginliyindən, düşmənçiliyindən, səfalət içərisində yaşamağından doyub, boğaza yığılıb:

 “İki cinayətkar, Köçəryan, Sarkisyan prezidentliyi dövründə Ermənistanı çapıb – talayıb, çox pis vəziyyətə salıb. Həm iqtisadi, siyasi, sosial, həm də mənəvi - psixoloji cəhətdən ciddi problemlər vardı. Bu şəxslər ölkəni cinayətkar kriminal rejimin qanunları ilə idarə edirdi. Xalq da artıq bezmişdi. Ən mühüm məqam odur ki, ermənilər övladlarının Qarabağ uğrunda ölməyinə ciddi etiraz edirdilər. Onlar deyirdilər ki, biz nə üçün Azərbaycanın torpağı olan Qarabağ uğrunda balalarımızı qurban verməliyik. Bax, bu amillər iki cinayətkarın uduzmasına və Paşinyanın qalib gəlməsinə səbəb oldu. Əslində rəy formalaşmışdı ki, Paşinyan 44 günlük müharibəni uduzmuş siyasətçi olduğu üçün erməni xalqı ona səs verməyəcək. Paşinyanın məğlub olmasına baxmayaraq, müharibədən sonra verdiyi bəzi bəyanatlar, sülh, əməkdaşlıq, ölkəsinin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər xalqda ümid yaratmışdı. Ona görə erməni xalqı seçim edərkən qərara aldı ki, Paşinyan bu məğlubiyyətindən bəraət almaq üçün Ermənistanın inkişafı, qonşularla əməkdaşlığı, tərəfdaşlığı istiqamətində mütləq çalışacaq”.

DİGƏR Xəbərlər Arxiv