Xəbərlər
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçiciləri ilə görüşüb

İyunun 17-də Milli Məclisin deputatı Əliabbas Salahzadə deputat qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq seçiciləri ilə növbəti görüşünü keçirib.
Fərdi qaydada seçicilərlə keçirilən görüşdə problemlər dinlənilib və müraciətlər qeydə alınıb. Qəbul zamanı vətəndaşları ən çox narahat edən məsələlərə diqqət yönədilərək, günümüzün əsas tələbləri sırasında yer alan məşğulluq, maddi yardım, sosial təminat, torpaq-əmlak məsələləri və yaşayış massivlərində yaşanan problemlərin həlli istiqamətində bugünədək görülən və bundan sonra da görüləcək işlərdən bəhs edilib.
Millət vəkili gündəmə gətirilən məsələlərin araşdırılacağını və həlli üçün aidiyyatı qurumlara müraciətlər ünvanlanacağını bildirib.