Xəbərlər
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək

Azərbaycan Respublikasının Bosniya və Herseqovinanın Sarayevo şəhərində səfirliyi təsis ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Dövlətimizin başçısının iyunun 14-də imzaladığı Sərəncamla isə Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.