Xəbərlər
Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb
Fevralın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki səfiri Neboyşa Rodiç ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasının və danışıqların uzadılmasının bölgədə sabitliyin inkişafına mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.