Xəbərlər
Türkmənistanın Humanitar Məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Xarici İşlər Nazirliyində olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar Məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin ruhuna uyğun olaraq, ADA Universiteti ilə Türkmənistanın Humanitar Məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu qeyd edilib.
Söhbət zamanı ADA Universiteti ilə Humanitar Məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitet arasında tələbə və müəllim heyətinin mübadiləsi, tədris proqramlarının uyğunlaşdırılması, əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.