YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərmin Heydərova: Xüsusi incəliklə işlənmiş baş plan Ağdamın bütün potensialından maksimum divident əldə etmək imkanı yaradacaq

“Ağdam nəinki hərbi qələbəmizin, eyni zamanda siyasi-diplomatik zəfərin nəticəsində işğaldan azad olunub. Bu gün bu qələbə öz əksini Ağdam şəhərinin baş planında tapır”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında YAP Gənclər Birliyinin üzvü Nərmin Heydərova bildirib.

Onun sözlərinə görə, xüsusi incəliklə işlənmiş baş plan Ağdamın bütün potensialından maksimum divident əldə etmək imkanı yaradacaq: “Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə buraya səfəri zamanı demişdir - “Ağdamsız, Qarabağsız Azərbaycan yaşaya bilməz!”. Məhz Ümumilli liderin uzaqgörən siyasəti və Cənab Prezidentin davam etdirdiyi irs Ağdamı bizə qaytardı. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynayıb. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovşaqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir”.

“Müzəffər Ali Baş Komandanın birbaşa rəhbərlik etdiyi Ağdamın bərpası layihəsi ilə, biz beynəlxalq aləmə yeni şəhərsalma modeli təqdim etmiş oluruq. 30 ilə yaxın müddətdə barbar ermənilər bu regionlarda yalnız dağıntılar törətmiş və mürəkkəb müdafiə istehkamları yarada bilmişlər. Bu cür unikal landşafta malik regionu viran qoyaraq Azərbaycan tarixinin izlərini silmək istəmişdilər. Lakin istəklərinə nail ola bilməyən mənfur düşmən, bu gün Ağdamın gülüstan çağına geri dönüşünü izləyəcək”, - deyə N.Heydərova vurğulayıb.