Xəbərlər
Xoşbəxt Yusifzadə: 2018-ci ildə Azərbaycan qazının Türkiyə ərazisində nəqlini həyata keçirəcək TANAP layihəsi işə düşəcək
«"Cənub" qaz dəhlizi layihəsi üzrə işlərin bir hissəsi görülüb və müəyyən qərarlar qəbul olunub». Bunu ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
X.Yusifzadə bildirib ki, layihədə iştirak edən bütün dövlətlər bu layihənin həyata keçirilməsinə razıdırlar. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycan qazının Türkiyə ərazisində nəqlini həyata keçirəcək TANAP layihəsi işə düşəcək.
«2019-cu ildə isə TAP kəməri ilə Azərbaycan qazının Avropaya nəql olunması nəzərdə tutulur. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində hər hansı yubanma yoxdur. Hər ölkə üzərinə düşən iş özü həll edir»- deyə, X.Yusifzadə vurğulayıb.