YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ƏƏSMN ölkəmizin cənub bölgəsində əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən fevralın 18-20-də respublikamızın cənub bölgəsində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Belə ki, ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada fevralın 18-də Lənkəran, Astara və Lerik, fevralın 19-da Masallı və Yardımlı, fevralın 20-də isə Cəlilabad və Biləsuvar rayonlarında yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara protez-ortopedik bərpa xidməti göstərəcək. Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış 450 nəfərdən çox belə şəxsin  yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin edilməsi nəzərdə tutulur.

2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar ötən müddətdə ölkənin müxtəlif bölgələrində olaraq, 1564 nəfər əlilliyi olan şəxsi yaşadıqları bölgədə səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

 

 

DİGƏR Xəbərlər Arxiv