YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vilayət Zahirov: Əldə olunmuş uğurlar demokratik islahatların davam etdirilməsinə daha yaxşı şərait yaradıb

«Beynəlxalq aləmdə öz layiqli yerini tutan, dinamik inkişaf edən Azərbaycan 2014-cüili də uğurla başa vurub. Dünyada davam edən qlobal iqtisadi-maliyyə böhranı şəraitində Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirirərək bütü sahələrdə böyük uğurlar əldə edib». Bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

V.Zahirov bildirib ki, dövlətimiz yeni-yeni nailiyyətlər qazanıb, iqtisadi inkişaf sürətinə bir çox ölkələri geridə qoyub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş bu uğurlar demokratik islahatların davam etdirilməsinə daha yaxşı şərait yaradıb.

«2014-cü il Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində ilk dəfə sədrliyi ilə əlamətdar olub. Həmin dövrdə dövlətimizin bu mötəbər təşkilatla və onun strukturları ilə səmərəli əməkdaşlıq münasibətlərini davam etdirib, sədrlik çərçivəsində bir sıra mühüm tədbirlər təşkil olunub. Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün hazırlanaraq qəbul olunmuş Fəaliyyət Planının qurumun Baş katibinin iştirakı ilə Bakıda təqdimatı keçirilib. Bü mühüm sənəddə Azərbaycanda ayrı-ayrı sahələrlə yanaşı yerli demokratiyanın inkişafı ilə bağlı institusional dialoqun təşkili, hüquqi bazanın inkişafı, yerli hakimiyyət orqanlarının inzibatı potensialının gücləndirilməsi və digər tədbirlər də müəyyən olunub»- deyə, nazir müavini vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv