YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Yaxın Şərq münaqişəsinin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ər-Riyadda fələstinli həmkarı Riyad Əl-Maliki ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunmuşdur.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, problemin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrində işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasının tələb olunduğunu vurğulayan E.Məmmədyarov rəsmi Yerevanın bu qətnamələrə əməl etmədiyini söyləmişdir. O demişdir ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə konvensiyalarına zidd olaraq Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır.

Elmar Məmmədyarov Azərbaycanın Yaxın Şərq münaqişəsinin həlli istiqamətində göstərilən səyləri və bu münaqişənin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

DİGƏR Xəbərlər Arxiv