Xəbərlər
Əhməd Davudoğlunun: TANAP regionda sülhə yardım edəcək
Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi regionda sülhün bərqərar olmasına yardım edəcək. Bu barədə "Haberlersaglik" qəzeti Baş nazir Əhməd Davudoğlunun sözlərinə istinadən məlumat yayıb. /Trend/
Onun sözlərinə görə, TANAP bir növ enerji Böyük İpək Yoludur: “Azərbaycan və Türkiyə bu qaz kəmərinin tikintisi ilə bağlı arzunu reallığa çevirməyi bacardılar”.