YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb

Bu gün bir ölkə yoxdur ki, Azərbaycanın onunla hansısa problemi olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq, Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. “Şərq Tərəfdaşlığı” ölkələrindən heç biri Avropa İttifaqının doqquz üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamayıb.

Bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bildirib.

“Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. İndi pandemiya və müharibə əlbəttə ki, bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın çoxşaxəli xarici siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev deyib: “Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər əsas hüquqi baza olaraq ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. Amma onlar icra edilmirdi, biz onları icra etdik”.

 

DİGƏR Xəbərlər Arxiv