Xəbərlər
1905-ci il hadisələrinin 110 illiyinə həsr olunmuş müzakirə keçiriləcək
Fevralın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ermənilərin 1905-ci ildə Bakıda törətdikləri soyqırımın 110-cu ildönümünə həsr olunmuş “dəyirmi masa” keçiriləcək.
AMEA-dan bildiriblər ki, tədbir muzeyin və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.