Xəbərlər
Ravvin Zamir İsayev: Azərbaycan ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur
İşğaldan azad edilmiş torpaqları ziyarət edən ilk İsrailli
Ravvin Zamir İsayev, 2020 – ci ilin oktyabrında hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqları ziyarət edən ilk israilli olub. Bu yaxınlarda İsayev Azərbaycan və İran sərhəddində yerləşən Füzuli rayonunu və Zəngilan şəhərini ziyarət edib. Qapalı hərbi zona olan əraziləri ziyarət etmək üçün Azərbaycan ordusundan və ölkənin Prezident Administrasiyasından xüsusi icazə tələb olunur. İsayevin direktoru olduğu 46 saylı Bakı Yəhudi məktəbinin məzunları arasında ən azı 5 nəfər döyüşlərdə iştirak edib. “Şagirdlərimin azad olunması üçün mübarizə apardıqları əraziləri öz gözlərimlə görmək mənim üçün vacib idi " – deyə Zamir İsayev bildirib. “Azərbaycan ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur”.
Marşrutun əsas nöqtəsi Zəngilan şəhəri idi. 29 oktyabr 1993-cü ildə Qarabağ müharibəsi zamanı Zəngilan rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildi və elə həmin dövrdən etibarən de – fakto qondarma “Dağlıq – Qarabağ Respulikası”nın hakimiyyəti tərəfindən idarə olunub. Baxmayaraq ki, bu ərazilər tarixən heç vaxt qondarma “ Dağlıq Qarabağ Respublikası”nın tabeliyində olmayıb. 1993-cü il BMT- nin Təhlükəsizlik Şurasının qərarına əsasən, Zəngilan rayonu beynəlxalq səviyyədə işğal edilmiş ərazi kimi tanınıb və Zəngilan Azərbaycanın işğal olunmuş ən son şəhəri olub. 2020-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələri şəhərə və ətraf ərazilərə nəzarət yaratdı. 1993-cü ildə evlərini tərk etmək məcburiyyətində qalan 42700 keçmiş Zangilan sakini hazırda Azərbaycanın ərazisində yaşıyır. Ravvin İsayevin sözlərinə görə, o, hələ 1993-cü ildə erməni qoşunlarının ərazini tərk edərkən məhv etdiklərinin həcminə heyrətlənmişdi. Azrbaycanın şəhər sakinləri rayonu tərk etdikdən və öldürüldükdən sonra orada yerləşən 18-ci əsrə aid məscid, xəstəxana və məktəblər daxil olmaqla şəhərin bütün binaları darmadağın edilmişdi. İsayev bildirib ki, “Mən təxminən 30 il xarabalıqda qalan, tərkedilmiş bir şəhər gördüm”. Bir çox bina tamamilə dağıdılmışdı. Görünür Erməni hakimiyyəti burada məskunlaşmağı deyil, yalnız onu məhv etməyi planlaşdırıblar. Zəngilan kimi şəhərlər açıq şəkildə göstərir ki, ermənilər bu torpağa öz torpaqları kimi yanaşmayıblar ". Onun sözlərinə görə, indi azad edilmiş ərazilərin bərpası sürətlə davam edir, komunikasiya və əlaqələr yenidən canlanır. İsayev bildirib ki, görünən mənzərə Azərbaycanda 29 –cu il dönümü qeyd olunacaq 26 fevral Xocalı faciəsini xatırladır. 1992-ci il Qarabağ müharibəsi zamanı, fevralın 25 – dən 26 – a keçən gecə, erməni silahlı birləşmələri Xocalı şəhərində 613-dən çox dinc sakini qətlə yetirib. Azərbaycan mənbələrində bu hadisə Xocalı Soyqırımı kimi qeyd olunur.