Xəbərlər
YAP Göyçay rayon təşkilatı şəhid ailələri ilə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir.
Belə ki, təşkilatın nümayəndələri Vətən müharibəsində Göyçay rayonunun Qaraxıdır, Alpoud, Bəydövül kəndlərindən şəhid olmuş Xudiyev Mütalib Ələskər oğlu, Mikayılov Elvin Nizami oğlu, Orucov Bayram Çərkəz oğlu, Əzizov Şəmistan İlyas oğlu, Abdullayev Saleh Sədiyar oğlunun ailələrini ziyarət ediblər.
Ziyarət zamanı ailələrin qayğıları dinlənilib, onlara maddi dəstək göstərilib.