Xəbərlər
Müdafiə Nazirliyi Qubadlı rayonunun Diləli Müskənli kəndinin videogörüntülərini paylaşıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Diləli Müskənli kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Diləli Müskənli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 7-də kəndi işğalçılardan azad edib.