Xəbərlər
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
Yanvarın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.