YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik

“Qarşımızda dayanan əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın  abadlaşdırılması, orada infrastrukturun yenidən qurulması, bu torpaqların cənnətə çevrilməsidir. Biz görəcəyimiz işlərlə bir daha dünyaya sübut etməliyik ki, bu torpaqların əsl sahibi bizik”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, ermənilər 30 il ərzində cənnət olan bu torpaqları cəhənnəmə çeviriblər. Orada daşı-daş üstündə qoymayıblar. Biz müqayisəli şəkildə dünyaya göstərməliyik ki, torpağın əsl sahibi kimdir, torpağı işğal altıdna saxlayan, oranı talan edən, dağıdan kimdir.

Komitə sədrinin sözlərinə görə,  Qarabağın yenidən qurulması  prosesində hər birimizin iştirak etməyimiz vacibdir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən başqa ölkələrdə yaşayan soydaşlarımız, habelə  Azərbaycana dost olan insanlar bu prosesdə iştirak etməldiir. Məhz hər kəsin bu prosesdə iştirakını təmin etmək üçün Qarabağ Dirçəliş Fondu yaradıldı.

“Qarabağ Dirçəliş Fondunun yardılmasında məqsəd vətəndaş-dövlət münasibətlərini inkişaf etdirmək, bunu daha ali mərtəbəyə yüksəltməkdir. Vətəndaşlar dövlətin bu siyasətində aktiv şəkildə iştirak etməli, bu müqəddəs işə öz töhfəsini verməlidir. Heç şübhəsiz ki, Qarabağ Dirçəliş Fondu bütün vətəndaşlara imkan yaradacaq ki, proseslərdə yaxından iştirak etsin.  Qarabağ Dirçəliş Fondunun yaradılmasının digər bir önəmi Qarabağdakı abadlıq, quruculuq prosesinə töhfə vermək istəyən şəxslərin fəaliyyətini vahid mərkəzdən idarə etməyə imkan verəcək. Bu fond uzun illər fəaliyyət göstərəcək və bu illər ərzində Qarabağın abadlaşdırılmasına töhfə verəcək”,-deyə komitə sədri vurğulayıb.