YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yanvarın 15-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Baş direktoru səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Azərbaycanın öz ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bildirən nazir hökumət tərəfindən bu sahədə görülən işləri xüsusi qeyd edib.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ICESCO tərəfindən dəstəkləndiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı bu təşkilat tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi Baş direktorun diqqətinə çatdırılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irsin dağıdılması və məhv edilməsinə diqqət çəkən C.Bayramov son onilliklər ərzində ölkəmizin aidiyyəti beynəlxalq təşkilatlara bu məsələ ilə bağlı çoxsaylı müraciətlər etdiyini bildirib. ICESCO-nun Baş direktorunun hazırkı səfəri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə baş çəkməsinin onun bu ərazilərdəki vəziyyətlə əyani şəkildə tanış olması üçün əlverişli imkan yaratdığı bildirilib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik bu səfəri olduqca uğurlu qiymətləndirib. O, səfərin yalnız yüksəksəviyyəli rəsmilərlə görüş baxımında deyil, işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından da səmərəli olduğunu vurğulayıb.

Ərazilərlə tanışlıq zamanı buradakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu dağıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümayişi olduğu diqqətə çatdırılıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.