Xəbərlər
Müdafiə Nazirliyi Füzuli rayonunun Qərvənd kəndinin videogörüntülərini paylaşıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Qərvənd kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də Qərvənd kəndini işğaldan azad edib.