Xəbərlər
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntülərini paylaşıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşən Keşdək kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.