Xəbərlər
Müdafiə Nazirliyi Qubadlı rayonunun Muradxanlı kəndinin videogörüntülərini yayıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Muradxanlı kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, 1992-ci il noyabrın 1-də Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu noyabrın 2-də kəndi işğalçılardan azad edib.