YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman insan amili, əhalinin sosial rifahı dayanır

“Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində hər zaman insan amili, əhalinin sosial rifahı dayanır. Bu baxımdan Aİ-92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsi ilə paralel olaraq bunun əhaliyə təsirlərinin qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dövlət tərəfindən yanacağın qiymətinin təsirinə daha çox məruz qalan sahələrə lazımi dəstək mexanizmiləri hazırlanır: “Belə ki, Tarif Şurasının da qərarında qeyd olunduğu kimi, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara da kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Qiymət dəyişikliklərinin digər sahələrə də təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Yəni dövlət bu yollarla qiymət dəyişikliyinin əhaliyə təsirinin qarşısını alır”.
Millət vəkilinin sözlərinə görə, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib: “Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əməkhaqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20-100 faiz həcmində artırılıb. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və ya 72,4 faiz artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə isə 2-ci yerə yüksəlib. Bütün bunlar onu göstərir ki, dövlət hər bir qərarı verən zaman, ilk növbədə, öz insanlarını düşünür”.

DİGƏR Xəbərlər Arxiv