YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Nikol Paşinyan öz məqaləsində Azərbaycanın gücünü etiraf edir

“Bugünlərdə Ermənistanın baş naziri N.Paşinyanın mətbuatda yayılmış  “44 günlük müharibənin kökləri” adlı məqaləsi təkcə Ermənistanda və Cənubi Qafqazda deyil, erməni diaspora təşkilatlarında da çox böyük əks-səda verib. Əslində, Paşinyan bu məqaləsi ilə ölkəsində, bölgədə və erməni diasporasında, eləcə də beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 27 sentyabra qədər nələr baş verdiyini və bugünkü mövcud durumu dəyərləndirib. Paşinyan bu tarixi ekskursunda obyektivlik göstərməyə çalışsa da, sözsüz ki, erməni xalqının, daha doğrusu erməni separatçılarının və onları dəatəkləyənlərin də marağını qorumağa çalışıb. Qeyd etmək lazımdır ki, ilk dəfədir ki, Ermənistanın yüksək səviyyəli bir rəsmisi sələflərini və onları dəstəkləyənləri belə açıq formada tənqid və ifşa edir. Paşinyan bu məqaləsi ilə dünyada süni olaraq yaradılmış guya “güclü erməni dövləti” mifini də alt-üst edir. Hesab edirəm ki, Paşinyanın bu məqaləsi beynəlxalq təşkilatlar, dünya erməniləri və erməni xalqı tərəfindən dəstəklənəcək. O, özünün bu məqaləsində birbaşa və dolayı yolla  erməni ideoloqlarının uydurmalarını erməni xalqına çatdırıb”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.


Məlahət İbrahimqızı bildirib ki, erməni baş nazir yazısında  Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin, ölkəsindəki hazırkı acınacaqlı durumu və iflasını ondan öncəki prezidentlərin uğursuz fəaliyyəti ilə əsaslandırıb. O, məhz Köçəryan-Sarkisyan cütlüyünün erməni xalqını və dövlətini fəlakətə sürüklədiyini bildirərək, onları ittiham edir. Əslində, Paşinyan bu məqaləsi ilə belə bir saxta, uydurma, ədalətsiz , heç bir tarixi gerçəkliklərə və beynəlxalq hüquqa sığmayan ideologiyanın beynəlxalq təşkilatlar tərəfindən göz yumulması və dəstəklənməsinə görə beynəlxalq təşkilatlara da ciddi və düşündürücü mesajlar göndərıb. Paşinyan məqaləsində sələfləri Köçəryan və Sarkisyanı danışıqlar prosesindəki uğursuz imitasiya etmələrinin Ermənistana deyil, Azərbaycan üçün  çox əlverişli fürsət və imkanlar yaratdığını qeyd edir. O yazır ki, imitasiya nəticəsində verilmiş bu zaman Azərbaycanın bütün sahələrdə, xüsusən də beynəkxalq aləmdə və daxildə güclənməsinə səbəb oldu.

Millət vəkilinin sözlərinə görə, həqiqətən də ötən otuz il ərzində istər Ulu Öndərimiz Heydər Əliyevin, istərsə də,Prezidentimiz möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə  dövlətimizin xarici diyasətində çox böyük  uğurlar qazanıldı: “Azərbaycanın uğurlu diplomatiyasının nəticəsində ən mötəbər kürsülərdə, Azərbaycan həqiqətləri səsləndi. Dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanı işğalçı kimi qəbul etdi. Azərbaycan beynəlxalq müstəvidə həm diplomatic, həm də iqtisadiyyat meydanında təcavüzkar Ermənistanı məğlub etdi. Azərbaycan həm XX əsrin, həm də XXI  əsrin geosiyasi və iqtisadi cəhətdən ən əhəmiyyətli layihələrin müəllifi oldu. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları arasında oldu. Paşinyan məqaləsi ilə etiraf edir ki, Azərbaycan bütün parametrlərlə Ermənistanla müqayisə edilə bilməyəcək dərəcədə gücləndi. Köçəryan-Sarkisyan cütlüyünün məqsədi isə hakimiyyətdə olduğu dövrlərdə soyğunçuluq və korrupsiya yolu ilə ancaq öz varidatlarını artırmaq olub. Bu gün erməni xalqı səfalət və rəzalət içindədir.Erməni xalqı ölkəni tərk etmək üçün səbirsizliklə koronavirus karantin rejiminin bitməsini gözləyir. Ölkə bütün sahələrdə ən ağır böhran vəziyyətini yaşayır. Ordu isə məhv olmuş vəziyyətdədir. Paşinyan məqaləsində həm açıq, həm də dolayısı yolla Prezidentimiz möhtərəm cənab  İlham Əliyevin müdrik və uzaqgörən diplomatiyası ilə Ermənistanı və onun tərəfdarlarının beynəlxalq aləmdə blokadaya salındığını etiraf edir.  Həqiqətən də, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Prezidentimizə qarşı nə qədər qərəzli yanaşmalar və təzyiqlər olsa da, O qətiyyətlə dəyişməz mövqe sərgilədi. Bu mövqe Azərbaycan xalqının maraqları, haqq və ədalət, tarixi və hüquqi gerçəkliklər və işğala son vermək, bir ovuc torpaq üçün belə güzəşt etməməkdən ibarət idi. Məqalədə Paşinyan özündən əvvəlki sələflərini açıq aşkar, erməni xalqını aldatmaqda günahlandıraraq, istər 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsi, istərsə də Lissabon samitindən Paşinyan hakimiyyətə gələnədək olan müddətdə bütün danışıqlar prosesinin Azərbaycanın xeyrinə olmasını vurğulayır və Lissabon samitini isə Ermənistanın ən böyük uğursuzluqlarından hesab edir. Ermənistanın baş naziri bu məqaləsi ilə həm də erməni xalqının uçurumla üzbəüz dayandığını deyərək, erməni ideoloqlari və uydurma xalq qəhrımanları tərəfindən aldanmalarını yalanlarla pərdələnmiş gözünü açır”.

Deputat qeyd edib ki, məqalədə maraqlı cəhət ondan ibarətdir ki, erməni baş nazir Azərbaycanın ardıcıl və prinsipial səyləri nəticəsində Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasını və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın mövqeyində də status məsələsindən bəhs olunmadığı bildirilir: “Paşinyan hakimiyyətə gəldiyi ilk gündən ölkəsinin bütün imkanlarının tükəndiyini, eləcə də Azərbaycan kimi güclü dövlət qarşısında duruş gətirə bilməyəcəyini də çəkinmədən məqaləsində vurğulayır  və Aprel döyüşlərindəki Ermənistanın məğlubiyyətinin buna misal olduğuni qeyd edir.Sözsüz ki, Paşinyan bu məqaləsində buraxdığı nöqsanları ört basdır etdiyi açıq sezilir. Yəni Paşinyan özünün  barışıq elçisi ,  “sülh mələyi”  və ya erməni xalqının xilaskar obrazını yaratmağa da çalışır. Bu obraz o vaxt real görünərdi ki, o hakimiyyətə gəldiyi ilk gündən son iki yüz il ərzində erməni ideoloqlarının və “liderləri”nin Azərbaycana və Türkiyəyə qarşı əsassız ədavət, düşmənçilik və ərazi iddialını erməni xalqına anladaraq, uydurma və saxta tarixi ifşa edərdi. O, Azərbaycan və Türkiyə ilə yeni qonşuluq siyasətinin erməni xalqının varolmaları  üçün həyati zəruri şərt olduğunu ölkəsinə və dünyaya səslənməli idi. Çox təəssüf ki, Paşinyanın  məramı ancaq müxtəlif təxribatlar oldu ki, onun da nəticəsi bəllidir. Bu gün Azərbaycan xalqının haqq və ədalət naminə 44 günlük Vətən müharibəsində erməni xalqının faciəsinə və Azərbaycan xalqının bu müharibədə itirdiklərinə görə o cavab verməlidir. Paşinyanın  məqaləsində  diqqət çəkən məqamlarından biri də onun tarixi düşmən hesab etdikləri Azərbaycan xalqının yenilməz LİDERİ İlham Əliyevin fəaliyyətindən, gücündən və bölgənin gğləcək taleyinin məhz ondan asılı olduğunu etiraf edərək bölgə əhalisinim bu gerçəkliyi qəbul etmələrini vurğulayır. Bu məqalə Azərbaycana qarşı düşmənçilik mövqeyində olan bir ölkənin baş nazirinin etirafıdır. Ermənistanın baş naziri Paşinyanın məqaləsini oxuyarkən, 1993-cü ildən bugünədək ölkəmizdə və ölkəmizdən xaricdə yaşayan bir qrup radikal Azərbaycan müxalifətinin Ulu Öndər Heydər Əliyevə və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə qarşı düşmənçilik mövqeləri, şər və iftiraları gözümün önündə canlandı. Bu qüvvələrin fəaliyyətini bu yazıdakı dəlillərlə müqayisə edərkən, “5-ci kolon” adlanan ölkəmizdəki bu qüvvələrin həqiqətən də ermənipərəst qüvvələrlə eyni mövqedə  və işbirliyində olduğunun  şahidi oluruq”.

DİGƏR Xəbərlər Arxiv