Xəbərlər
Azərbaycanın müdafiə nazirinin müavini türkiyəli həmkarı ilə görüşüb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.