YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm dövrünü yaşayır

“Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm dövrünü yaşayır. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu, möhtəşəm bir zəfərdir. Bu zəfər yolunda bizi yalnız qoymayan, daim bizə dəstək olan ölkələr oldu. Bunlardan biri də qardaş ölkə Türkiyədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

“Biz bilirik ki, bu münasibətlər bizim aramızda əbədidir. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə şanlı Zəfər Paradındada bizi tək qoymadı. Sayın Rəcəb Tayyip Ərdoğanın səfəri Azərbaycanda hər kəsi sevindirdi, qürurlandırdı. Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Bizim gücümüz birliyimizdədir. Yumruq kimi bir olaraq, əzmlə düşmın üzərinə yeridik. Haqqımız olanı geri qaytardıq”,-deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv