YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: İtaliya ilə Azərbaycan arasında iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə uğurlu əməkdaşlıq mövcuddur

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılacaq. Bu ərazilər böyük təbii sərvətlərə malikdir və həmin ərazilərdə iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün geniş perspektivlər var”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Millət vəkili bildirib ki, ilk növbədə bu işlərə Azərbaycan şirkətlərinin cəlb olunması nəzərdə tutulur: “Eyni zamanda, Azərbaycana dost ölkələrin şirkətlərinin bu prosesdə iştirak etməsi üçün dəvətlər göndərilib və bu dövlətlər sırasında sözsüz ki, İtaliya da var. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi 44 günlük Vətən müharibəsi zamanı bizim əsl dostlarımızın kimlər olduğunu gördük və biz dosluğa böyük qiymət verən ölkəyik”.

S.Hüseynova qeyd edib ki, son günlər İtaliyanın nümayəndə heyətlərinin Azərbaycana səfəri, o cümlədən onların Gəncəyə və Ağdama səfərləri və orada erməni vəhşiliklərinə birbaşa şahidlik etməsi İtaliyanın Azərbaycana dost münasibətinin göstəricisidir: “Bu dostluğa dəyər verərək Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə İtaliya şirkətlərinin iştirak etməsinin arzu olunduğunu bildirdi. İtaliya ilə Azərbaycan arasında iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. İtaliya ilə Azərbaycan həm də strateji tərəfdaşdırlar. Eyni zamanda iki ölkə arasında çox uğurlu ticarət əməkdaşlığı var və Azərbaycan İtaliya üçün ən etibarlı enerji təchizatçılarından biridir və TAP layihəsi başa çatdıqda sonra bu əməkdaşlıq daha uğurlu olacaq. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9.9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyon dollar olan 37 layihədə işlərdə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü element kimi çıxış etməsinin göstəricisidir”.

Deputat deyib ki, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə cəlb ediməsi iki ölkə arasında əməkdaşlığın, o cümlədən mədəni, iqtisadi, turizm, yeni texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və yeni bir mərhələyə çıxmasına səbəb olacaq: “Göründüyü kimi Vətən müaribəsi zamanı Azərbaycana dost münasibəti göstərən ölkələr bu yeni imkanlardan faydalana biləcəklər, qərəzli münasibət göstərən ölkələr isə kənarda qalacaqlar. Onu da qeyd edim ki, İtaliya-Azərbaycan universitetinin açılması da iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafına töhfə verəcək”.

 

DİGƏR Xəbərlər Arxiv