Xəbərlər
Jerom Lamber: Milli Assambleya müxalif deputatlara söz verməyərək, söz azadlığının necə olduğunu nümayiş etdirdi! Yalnız yalanlar səsləndirildi!
Debatlar zamanı Milli Assambleyada idim. Üç deputat səsə qoyulan qətnamə təklifinin əleyhinə səs verdi. Zalda cəmi 120 deputatdan və digər nümayəndələrdən ibarət 200 nəfər var idi. Deputatların yarısı yox idi.
Debatlarda qətnamənin lehinə olan deputatlara söz verildi. Bununla da Assambleyada söz azadlığı pozuldu.
Bu fikirləri Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber söyləyib.
Jerom Lamber bildirib ki, debatlarda yalnız ermənipərəst deputatlara çıxış üçün şərait yaradılıb. Digər deputatlar Assambleyanın bu toplantısından qəsdən uzaqlaşdırılıb. Milli Assambleyanın 577 deputatından yalnız 188-i qətnamənin lehinə səs verib. Onların hamısı erməni mənşəli seçiciləri olanlardır. Əlbəttə biz Milli Assambleyada bu cür siyasi oyunları qətiyyətlə pisləyirik. Belə riyakarlıq Fransa ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərir. Biz bundan təəssüf hissi keçiririk.