YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycan qlobal çağırışlara daim töhfələr verib

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu BMT-nin COVİD-19-a həsr olunmuş xüsusi sessiyası artıq öz işinə başlayıb. Sessiyanın Azərbaycanın təşəbbüsü ilə baş tutması və BMT-nin 155 ölkəsinin bu sessiyanın keçirilməsini dəstəklənməsi ölkəmizə olan beynəlxalq səviyyədə hörmətin və nüfuzun göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, sessiyanın keçirilməsinə etiraz edən yeganə ölkə Ermənistan olub: “Bu gün dünyanı narahat edən bir nömrəli məsələnin müzakirəsinə etirazını bildirən Ermənistan öz xainliyini nümayiş etdirməklə rəzil duruma düşüb. Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib və dünyanı narahat edən məslələrin həllində yaxından iştirak edib. Bu gün qlobal pandemiyaya qarşı mübarizədə də ÜST-lə sıx əməkdaşlıq edərək yardımlar etməklə bu təşəbbüsləri davam etdirir. BMT-nin COVİD-19-a həsr olunmuş Xüsusi Sessiyasında Prezident İlham Əliyevin Qoşulmama Hərakatının sədri kimi 5-ci yerdə 120 ölkənin adından çıxış etməsi hər bir azərbaycanlıya qürur verir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazicə və əhalinin sayına görə böyük ölkə olmasa da qlobal məslələri müzakirə edən 155 ölkənin iştirak etdiyi bu sesiyada 5-ci yerdə çıxış etməsi böyük tarixi hadisədir: “Bununla yanaşı, sessiyada 40-dan çox ölkənin prezidenti və 40-dan çox ölkənin Baş naziri olmaqla 155 ölkənin iştirak etdiyi halda dünya liderlərinin çıxışlarının sıralanmasında Azərbaycanın 7-ci yerdə yer alması Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisi hesab edirəm. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Qlobal Pandemiyanın dünyada 1 milyondan çox insanın ölümünə səbəb olduğunu və 60 milyondan çox insanın yoluxaraq əziyyət çəkdiyini qeyd etməklə səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açdığı bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirdiyini və insanların yaşayışına sarsıdıcı təsir göstərdiyini qeyd edib. Prezident İlham Əliyev COVİD-19 pandemiyası ilə bağlı qlobal çağırışlara uyğun bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulamışdır. BMT-nin Xüsusi Sesiyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə işə başalaması və etdiyi çıxışında dünyanı narahat edən məqamları qeyd etməsi Azərbaycanın dünya nizamının qurulmasına töhfə verən böyük bir ölkə olduğunun göstəricisidir".