YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mustafa Şentop: Fransa Milli Assambleyası ciddiliyini itirib

Dövlət olaraq tanınmaq bu qədər asandırsa, dövlət olmağı itirmək də o qədər asan olmalıdır. Fransa Milli Assambleyası parlament olaraq ciddiliyini itirib. Bir dövlət və yaxud da bir qurum tarixi və hüquqi həqiqətlərdən qoparaq, sadəcə, əsassız hisslərlə qərar verirsə, deməli, o, proseslərdən kənarda qalır, sözü və qərarı ciddi qəbul edilmir.

Bu fikirləri TBMM-nin sədri Mustafa Şentop söyləyib.

Mustafa Şentop qeyd edib ki, Fransa çox səs-küy salsa da, beynəlxalq aləmdə getdikcə təsirsiz hala gəldi, çünki reallıqla əlaqəsini kəsdi: Ermənistan da daxil olmaqla dünyada heç bir dövlət tərəfindən tanınmayan və Ermənistan tərəfindən tanınması iddiası irəli sürülməyən Dağlıq Qarabağı bir “dövlət kimi” tanımağa qərar verən parlamentə yalnız fransız nağıllarında rast gəlmək olar.

Beynəlxalq hüquqa əsasən, Fransa hökumətinin də Azərbaycana aid olduğunu təsdiq və qəbul etdiyi ərazini “müstəqil dövlət” olaraq tanımaq qərarı verən parlamentarilər, ancaq komediyaçı obrazında görünə bilərlər.

Fransa hökumətini ciddiliyə dəvət edirik. Əminik ki, bu absurd qərar əhəmiyyətsiz hesab olunacaq”.