YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Dekabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Noyabrın 10-da imzalanan birgə Bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

DİGƏR Xəbərlər Arxiv