YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın Baş naziri: Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir

Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində jurnalist ondan “Azərbaycanda hər yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları dalğalanması, Azərbaycanın Qələbə qazanması, dost ölkənin çətin mübarizə nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi” məsələsinə münasibət bildirməsini istəyib.

Baş nazir İmran Xan jurnalistə cavabında bildirib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

 

DİGƏR Xəbərlər Arxiv