YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail diplomatı: İlham Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi

Hazırkı geosiyasi vəziyyətə baxanda aydın olur ki, İkinci Qarabağ müharibəsinin mütləq qalibi Azərbaycan və Azərbaycan Prezidentidir.

Bu fikirləri İsrail diplomatı, “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi YouTube-da yayımlanan “Solovyov live” verilişində söyləyib. O deyib ki, Azərbaycan Prezidenti bütün məqsədlərinə çatıb, ermənilərin işğalı altında olan torpaqları azad edib. Y.Kedminin fikrincə, növbəti danışıqlarda Dağlıq Qarabağın statusu Ermənistanın xeyrinə dəyişməyəcək. “Boşboğaz və məsuliyyətsiz ermənilərin indiki rüsvayçı məğlubiyyətdən əvvəl Azərbaycanla razılığa gəlmək və Ermənistan sərhədlərində qalmaq imkanı var idi”, - deyə o vurğulayıb.

Aparıcı Vladimir Solovyov həmsöhbətini dəstəkləyərək Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanla bilavasitə qarşıdurmada mütləq qalib olduğunu etiraf edib: “O, Paşinyanı məhv etdi. Paşinyan naməlum səbəbdən Şuşada rəqslər təşkil etmiş bacarıqsız rəqqas, Əliyev isə peşəkar prezidentdir”.

Y.Kedmi qeyd edib ki, Azərbaycan Prezidentini həm təhsilinə, həm təcrübəsinə, həm də dövlətçilik təfəkkürünə görə Paşinyanla müqayisə etmək olmaz. İsrail güc strukturlarının sabiq nümayəndəsi deyib: “Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi. O, öz qüvvəsi ilə Azərbaycanın milli problemlərindən birini həll etdi, Azərbaycanı həm beynəlxalq, həm də milli baxımdan möhkəmləndirdi. O təsdiq etdi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir”.

Dağlıq Qarabağda ermənilərə qarşı Azərbaycan ordusunun tərkibində əcnəbilərin vuruşduğunu iddia edənlərə cavabında Y.Kedmi sual edib: “Siz bir türk əsgərinin və ya suriyalının cəsədini tapmışınız? Bir nəfər də olsun qeyri-azərbaycanlının meyitini tapmışınız?”. V.Solovyovun “üç suriyalı əsir dindirilib” iddiasına cavab olaraq o, “üç suriyalı ermənilərə qalib gəlib?” sualını verib və deyib: “Azərbaycan ordusu qalib gəlib, çünki onun döyüş qabiliyyəti, ciddi əməliyyatlar həyata keçirmək bacarığı yüksək səviyyədə idi”.

 

DİGƏR Xəbərlər Arxiv