YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Ermənistan vandalizm əməllərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək

Terrorizmi dövlət siyasətinə çevirən Ermənistan bu gün vətəndaş müharibəsi girdabında çabalayır. Faşizm ideologiyasına sadiq qalan, günahsız insanları qətlə yetirməklə yola çıxan təcavüzkar və işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri cəfəng bəyanatları, təxribat xarakterli addımları ilə ölkəni hərbi, iqtisadi böhran məngənəsinə sürükləməkdə davam edir.

Bunu MilliMəclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, hər zaman terrorizmi, işğalçılığı müdafiə edən ermənilər küçələrə çıxıb, narazılıqlarını, məğlubiyyətləri ilə barışmadıqlarını bildirir, hesab sormaq üçün vaxtı ilə “demokrat qiyafəsində” peyda olan Nikol Paşinyanı axtarır. Bu gün təşvişə düşən ermənilər ölkələrinin kriminal şəxslərin, neofaşistlərin yuvasına çevriləndə susdu, Azərbaycana qarşı aqressiv və təxribatçı siyasət yeridiləndə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutanda, mülki insanları qətlə yetirəndə, qadağan olunmuş silahlardan istifadə olunanda səslərini belə çıxarmadılar.

Təkcə ermənilər deyil, onların havadarları bəzi Qərb dairələri də səssiz qaldı. Hətta hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı hələ də həbsdə saxlayan Paşinyanın davranışları Qərb dairələrini “narahat etmədi”.

Havadarlarının başına şəkdiyi tumardan ruhlanan Paşinyan hakimiyəti Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətinə uğradılmasına baxmayaraq ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Nikol Paşinyanın istefası tələbi ilə çıxış edənlər “milli xəyanət” kimi təqdim olunur, hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir, hətta tənqidə görə 1200 avrodan başlayan cərimələr tətbiq edilib.

Özünü “demokratik” adlandıran işğalçı dövlət Qarabağda və Ermənistanda  baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün rusiyalı jurnalist Oleq Kaşinin akkreditasiyasını ləğv edib, ölkədən uzaqlaşdırıb.  Bunu görən beynəlxalq jurnalist təşkilatları da susur. Erməni vandallığı, talançılığı xarici telekanallarının reportajlarında da öz əksini tapıb. Reportajdan açıq-aydın görünür ki, Azərbaycanın maddi mədəni sərvətlərinin dağıdılması, qarət olunması indi də davam edir. Məğlub olan ermənilər aparılması mümkün olan əşyaları yük maşınlarına yükləyir, apara bilmədiklərinə isə od vurub yandırır, məhv edirlər.

“Böyük Ermənistan" xülyasının tam iflasa uğraması bu günün reallığıdır. Böhran və fəlakət girdabında çabalayan Ermənistan həqiqəti, törətdiyi terror aktlarını, müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək, həm tarix qarşısında, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək.

DİGƏR Xəbərlər Arxiv